Menu

Bu il banklar kreditləşməni 1,6 mlrd. manata azaldıb

12.07.2017, 17:42
Bu il banklar kreditləşməni 1,6 mlrd. manata azaldıb

2017-ci ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, may ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 14 mlrd. 378,6 mln. manat təşkil edib ki, bu da mayın 1-ə olan göstərici ilə müqayisədə 655,4 mln. manat və ya 4,36% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 1 mlrd. 559,7 mln. manat azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol