ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yelenin Bakı vaxtı ilə saat 18:00-da ABŞ Nümayəndələr Palatasında edəcəyi çıxışın mətni dərc olunub.
Yellen iqtisadiyyatın gələcək bir neçə il ərzində artmaqda davam edəcəyini, bu vəziyyətin bankın faiz artırmasına imkan verəcəyini qeyd edib.
Məruzədə "Gələcək bir neçə ildə əlavə mərhələli faiz artımlarına ehtiyac var" ifadələri yer alıb.
Məruzədə Fed-in inflyasiyanı yaxından izlədiyi qeyd olunub.
Fedin balans azaltması planının böyük ehtimalla bu il tətbiq olunacağını bildirən Yellen "balansın aktiv siyasət vasitəsi olmasını gözləmirik" ifadəsinə yer verib.
Fed sədri 18:00-dakı təqdimatının ardından sualları cavablandıracaq. Mütəxəssislər bu hissədəki açıqlamaların bazarlar üçün əhəmiyyətli ola biləcəyini qeyd edir.


Şərhlər