Menu

“Putin Trampdan güzəşt gözləmir” - Dmitri Peskov

12.07.2017, 21:08

peskovRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, rəsmi Moskva ABŞ prezidenti Donald Trampdan güzəşt gözləmir və özü də güzəştə getməyə hazır deyil.

Bu barədə RİA Novosti xəbər yayıb.

“Rəsmi Moskva prezident Trampdan güzəştlər gözləmir”, - deyə Peskov vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, Putin heç vaxt güzəştlərdən danışmayıb və belə bir məsələ qaldırmayıb.

Qeyd edək ki, daha əvvəl Peskov Vladimir Putinin G20 sammiti çərçivəsində Donald Trampla görüşdən razı qaldığını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol