Menu

Türkiyədə 25-i xarici vətəndaş olmaqla 233 İŞİD-çi saxlanılıb

12.07.2017, 22:34

TURK POLISTürkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkənin 29 vilayətində aparılan əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasına mənsub olduğu iddia edilən 233 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, onlardan 25 nəfərinin xarici vətəndaş olduğu bildirilir. Həmin şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Konyada İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Konya polsinin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 4 polis əməkdaşı yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol