Menu

Bakıda sürücünün yuxulaması ağır qəzaya səbəb olub

13.07.2017, 00:41
Bakıda sürücünün yuxulaması ağır qəzaya səbəb olub

Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanov Yasin Vaqif oğlunun idarə etdiyi "Foton Ollin" markalı özəl şirkətə məxsus kiçik tutumlu yük maşınının sürücüsü sükan arxasında yuxulayıb.

Nəticədə "Foton Ollin" eyni istiqamətdə hərəkətdə olan Şükürov Elmir Sahib oğlunun idarə etdiyi "Kamaz" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı Y.Süleymanov ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol