Menu

Rusiyaya işləməyə gedən azərbaycanlılar qəzaya düşdü - 4 ÖLÜ - ADLAR

13.07.2017, 10:40
Rusiyaya işləməyə gedən azərbaycanlılar qəzaya düşdü - 4 ÖLÜ - ADLAR

Bu gecə Ələt-Astara magistralında baş vermiş dəhşətli qəzada ölən və yaralanan şəxslərin hamınını şəxsiyyəti müəyyənləşib.

Lent.az xəbər verir ki, Rusiyaya gedən "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı qoşqulu yük maşınına çırpılması nəticəsində ölən şəxslər bunlardır:

1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu

1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu

Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu

1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu.

Qəzada yaralanan şəxslər isə 1988-ci il təvəllüdlü Qəhrəmanova Aqilə Canhəsən qızı və 40-45 yaşlı Zaur adlı şəxsdir.

* * *

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol