AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu gün Brüsseldə səfirlər səviyyəsində Rusiya-NATO iclası keçiriləcək. Gözlənildiyi kimi, müzakirələrin başlıca mövzusu insidentlərdən qaçmaq və Avropada hərbi fəaliyyətin şəffaflığı məsələləri olacaq.
«TASS» informasiya agentliyinin diplomatik mənbələrinin məlumatına görə, tərəflər həm də Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Politoloq Sergey Oznobişev hesab edir ki, ümumilikdə, bugünkü görüş böyük ehtimalla, heç bir real nəticələr verməyəcək.
Oznobişevin sözlərinə görə, nə Rusiya, nə də NATO hələlik vəziyyətin normallaşdırılması istiqamətində istək nümayiş etdirmir.

Şərhlər