Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəp Tayyip Ərdoğan partiyasının növbəti toplantısında çıxış edib.
Avropa.info xəbər verir ki, baş nazir gündəmdə olan əsas məsələ, Mosulda yaşanan hadisələrə geniş yer ayırıb.
"Mosuldakı konsulumuz və Tır sürücülərini azad etmək üçün bütün imkanlarımızı səfərbər etmişik. Hadisələr andaan diqqətimizdədir. Bildiyimiz kimi səfirliklərin təhlükəsizliyinə məskunlaşdıqları ölkə cavabde olmalıdır. İraq hökuməti bunu bacara bilmədi.”
Ərdoğan Kılıçdaroğlunun yaxın şərq regionunu bataqlıq adlandırmasını sərt formada tənqid edib: “Kılıçdaroğlu yaxın şərqə bataqlıq deyir, bu onu göstərir ki, adam faşist kimi düşünür. Elə bil ki, bu adam Türkiyədə yox, Fransada doğulub. Tuncelidə böyüyəcəksən, amma yaxın şərqə bataqlıq deyəcəksən. Bu necə zehniyyətdir? Milyonlarla insanın yaşadığı yerə bataqlıq demək bölücülük, irqçilikdir. Vicdanı olan şəxs yaxın şərqə heç vaxt bataqlıq deməz.” Baş nazir gənclərə kitab oxumağı tövsiyə edib: “Gənclərimiz Osmanlı dövlətinin tarixindən bəhs edən “Zeytun ağacı” “Mədinənin müdafiəsi” kitabını oxusunlar. Başda CHP olmaqla bir çox qurumlar Mosul hadisələrini siyasiləşdirərək bundan öz məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Biz canlarımızı qurtarmağın yollarını fikirləşdiyimiz zaman CHP ət axtarır.”
Türkiyənin baş naziri İranın molla rejimini də sərt ifadələrlə tənqid edib.
“Biz biz imam Hüseynin şəhadətindən sonra təfriqə salan toplumlardan olmadıq. Bir ailə içərisində Əli, Aişə, Ömər, Osman adları olan toplum başqa yerdə tapa bilməzsiniz. Kərbəlada tökülən qanı çoxaldanlardan olmadıq, "Lə iləhə illəllah" deyənlərə qardaş dedik. Fələstində insanları haqlı olduqlarına görə müdafiə etdik. Elə bir məzhəb var ki, Ömər deyəndə dəli olur. Amma bizə görə Ömər də var, Əli də . Min ildir ki, bu coğrafiyaya haqqı səbri təbliğ etdik, inşallah belə də davam edəcəyik. İranla münasibətlərimizə məhsəb yünümdən deyil, qonşu kimi münasibət quracağıq. Başını quma soxub heç nəyi görmək istəməyən ölkə böyük ölkə ola bilməz".


Şərhlər