Menu

Hacıqabulda mikroavtobus aşıb, iki nəfər xəsarət alıb

13.07.2017, 19:27
Hacıqabulda mikroavtobus aşıb, iki nəfər xəsarət alıb

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunlar Hacıqabul rayon Qubalı-Baloğlan kənd sakini, 1966-cı il təvəllüldlü Hüseynova Sevda Mənsim qızı, habelə Rəncbər kənd sakinləri - 1956-cı il təvəllüdlü İbrahimova Gülarə Ağasəf qızı və 1985-ci il təvəllüdlü Bağırova Esmira Müzəffər qızıdır.

Adıçəkilən şəxslər müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol