Menu

Xəstəxanada daha bir ana öldü - Həkim səhlənkarlığı

14.07.2017, 09:17
Xəstəxanada daha bir ana öldü - Həkim səhlənkarlığı

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol