Menu

Bakıda avtobus dayanacaqda piyadanın üstünə çıxdı - ÖLƏN VAR

14.07.2017, 11:57
Bakıda avtobus dayanacaqda piyadanın üstünə çıxdı - ÖLƏN VAR

Bakıda marşrut avtobusu ağır qəza törədib.

Saat 20 radələrində Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi "İsuzu" markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. /Lent.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol