Menu

Ödəmə vaxtı keçmiş kreditlər durmadan artır

14.07.2017, 12:36

agdasda-intihar-hadisdi-bas-verib-kredit-borcuna-gorad1a687e91e2307b66e3Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2017-ci il iyunun 1-nə 1 milyard 739,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankın statistikasına görə, bu, əvvəlki ayla müqayisədə 145,8 milyon manat və yaxud 9,15% çoxdur.

Son bir ildə isə vaxtı keçmiş kreditlər 225,6 milyon manat və yaxud 14,90% artıb.

Qeyd edək ki, bu il iyunun 1-nə problemli kreditlər ümumi kredit portfelinin 11,76%-ni təşkil edib. Bu nisbət əvvəlki ayda 10,32%, 2016-ci ilin analoji dövründə isə 8,32% olub. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol