"İŞİD-ə gəldikdə isə, bu təşkilat Hillari Klinton ABŞ dövlət katibi olarkən yaradılıb"
SalamNews–un İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi bildirib.
O, jurnalistlərin suallarını cavablandırarkən İranla ABŞ-ın İraq məsələsində əməkdaşlığını qeyri-mümkün sayıb: “ABŞ-la İran arasında əməkdaşlıq əsla baş tutmayacaq. Bu fikir kökündən yanlışdır. İŞİD-ə gəldikdə isə, bu təşkilat Hillari Klinton ABŞ dövlət katibi olarkən yaradılıb. Ayətullah Sistaninin İraqda terrorçulara qarşı mübarizə barədə fətvası var. İraqlılar problemlərini özləri həll etməyə qadirdirlər.”
Xatırladaq ki, İran prezidenti Həsən Ruhani ötən gün ölkənin Lorestan əyalətinə səfəri zamanı İraqdakı müqəddəs yerlərin müdafiəsi üçün bütün səylərin göstəriləcəyini bəyan edib.


Şərhlər