«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniya «Brekzit»-ə görə Avropa İttifaqı (Aİ) qarşısında borclu olduğunu ilk dəfə etiraf edib.
«The Financial Times» nəşrinin yazdığına görə, bununla London gələn həftə Brüsseldə başlanacaq danışıqlar zamanı baş verə biləcək mümkün münaqişəni aradan qaldırmağa çalışır.
«Böyük Britaniya Avropa İttifaqı qarşısında öhdəliklərə malikdir, Aİ-nın isə Böyük Britaniya qarşısında öhdəlikləri var. Britaniya İttifaqdan çıxandan sonra da həmin öhdəliklər qüvvədə qalacaq. Bax, bu situasiyanı həll etmək qaçılmazdır. Hökumət yaxşı anlayır ki, Aİ-dan çıxması ilə balğı Britaniyanın huquq və vəzifələrinin ədalətli tənzimlənməsi üçün biz, Aİ ilə ilməməli olacabıq» - deyə, «Brekzit» işləri üzrə nazir müavini Ceyms Eneleyin bəyanatında qeyd olunur.
Bundan əvvəl Brüssel «Brekzit»-ə görə, Böyük Britaniyanın borcunu 100 milyard avroa həcmində qiymətləndirmişdi.

Şərhlər