Menu

Gənc qız özünü qatar relslərinin üstünə atdı

14.07.2017, 18:38
Gənc qız özünü qatar relslərinin üstünə atdı

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.

Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol