Menu

Türkiyədə terrorçular mikroavtobusa raket atdı

15.07.2017, 01:18
Türkiyədə terrorçular mikroavtobusa raket atdı

Türkiyənin Hakkari rayonunun Şemdinli qəsəbəsində PKK terrorçuları təhlükəsizlik əməkdaşlarını daşıyan mikroavtobusu raketlə vurublar.

“Qafqazinfo” xəbər verir ki, zərbə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisədən sonra ərazidə şiddətli atışma baş verib.

Dərhal hərbi hissələr məlumatlandırılıb. Ərazidə havadan dəstəkli geniş əməliyyat başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol