Ölkə qanununa əsasən onların bir çoxunu edam belə gözləyir
İraq silahlı qüvvələri Ali komandanı baş nazir Nuri əl-Maliki ölkə ordusunda xidməti vəzifəsindən yayınan və sui-istifadəyə yol verən olarla zabiti işlərindən azad edilməsi və onların hərbi məhkəmələrin istintaqına cəlb edilməsini bəyan edib.
İnterAz-ın SumariyaNews-a istinadla verdiyi xəbərə görə, artıq İraq ordusunun 59 zabiti barədə istintaq işlərinə start verilib. İraq Silahlı Qüvvələri Ali Komandanlığının təmsilçisi Qasim Ətanın sözlərinə görə, ölkə qanununa əsasən onların bir çoxunu edam belə gözləyir.
Qeyd edək ki, İraq ordusu Mosulun işğal edilməsindən öncə “DAİŞ”in Əbu-Hacər adlı bir liderini tutduqdan sonra onun evindən 190 yaddaş kartı ələ keçirib. ABŞ KİV-ləri İraq təhlükəsizlik mənbələrinə istinadla yazılar ki, ələ keçən yaddaş kartlarının içində “DAİŞ”lə əməkdaşlıq edən hərbçilər barədə siyahılar və təfərrüatlı məlumatlar var.


Şərhlər