Menu

Qafqaz Universitetinin rektoru danışdı

19.06.2014, 12:16
Qafqaz Universitetinin rektoru danışdı

Ahmed Sanıç: "ARDNŞ-nın açıqladığı məlumatdan hər şey aydındır"

"Qafqaz Universiteti"nin rektoru Ahmed Sanıç universitetin bağlanması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. Universitetin rektoru Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı məlumatdan hər şey aydındır: "ARDNŞ-nın açıqladığı məlumatda bu sualın cavabı var. Ordan hər şey aydın görünür ki, qərar "Araz Kursları" və ümumtəhsil məktəbləri ilə bağlıdır. Yəni Qafqaz Universitetinin orada adı hallanmır".

Movqe.az-ın "Qafqaz universiteti" bu il qəbulu davam etdirəcəkmi sualını A. Sanıç cavabsız qoyub.

Universitetin prorektoru Natiq Paşa isə bu sualı belə cavablandırıb: " Siz görmüsünüz ki, "Qafqaz Universtetinin"nin adı bu ilki abituriyent jurnalında qəbul aparacaq özəl ali təhsil müəssisələri arasındadır. Ona görə də, universitetə tələbə qəbulu davam etdiriləcək. Həmçinin ARDNŞ-nın qərarında ali məktəb qeyd olunmadığından narahatçılığa da əsas yoxdur. Valideynlər də narahat olmasınlar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol