Menu

Moskvada hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

16.07.2017, 11:21
Moskvada hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

Moskvada bazar günü gözlənilən hava şəraiti ilə əlaqədar "Sarı səviyyə"də təhlükə barədə xəbərdarlıq edilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Hidrometeoroloji Mərkəzinin məlumatında bildirilir.

“Moskvada bazar günü güclü külək, yağış və tufan gözlənilir. Bununla əlaqədar "Sarı səviyyə"də - "hava potensial təhlükəlidir" - xəbərdarlıq elan edilir”, - deyə Mərkəzin məlumatında qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol