Menu

Qusarda xanım sürücü 9 yaşlı qızı maşınla vuraraq öldürüb

16.07.2017, 14:37
Qusarda xanım sürücü 9 yaşlı qızı maşınla vuraraq öldürüb

Qusar-Xudat yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, yolun Qusarın Ləgənqışlaq kəndi ərazisindən keçən hissəsində 9 yaşlı Məryəm Zərbəliyevanı maşın vuraraq öldürüb.

Hadisəni 1962-ci il təvəllüdlü Nərmin Məmmədova idarə etdiyi avtomobillə törədib. Məryəm hadisə yerində ölüb.

Faktla bağlı Qusarın hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol