Menu

Ərdoğanın mitinqində çəkiliş aparan dron kütlənin üstünə düşdü – FOTO

16.07.2017, 15:44
Ərdoğanın mitinqində çəkiliş aparan dron kütlənin üstünə düşdü – FOTO

Türkiyənin paytaxtı Ankara şəhərində 2016-cı ilin 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhd hadisəsinin ildönümü münasibətilə yüzminlərlə insan mitinq keçirib.

"Report" xəbər verir ki, dinc mitinq zamanı 6 nəfər xəsarət alıb. Buna uçuş aparatının (dron) çəkiliş zamanı mitinq iştirakçılarının üzərinə düşməsi səbəb olub. Yaralanan 6 nəfərə ilkin tibbi yardım göstərilib.

Əsas yürüş İstanbul və Ankarada baş tutub. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım da iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol