Menu

Trampın reytinqi sürətlə düşür

16.07.2017, 16:28
Trampın reytinqi sürətlə düşür

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «ABC news»-ın və «Vaşinqton post»-un dərc etdiyi birgə sorğu məlumatları göstərir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın reytinqi sürətlə düşür.

Həmin məlumatlara görə, bu gün ABŞ Prezidentinin fəaliyyətini ölkə əhalisinin cəmi 36,0 faizi dəstəkləyir. Onun işindən narazı olanların sayı isə 59,0 faiz təşkil edir.

Beləliklə, məlum olur ki, Tampın dəstəkçilərinin sayı daha 6,0 faiz azalıb.

Son 70 ildə bu, ABŞ administrasiyası başçısı üçün yarım illik fəaliyyətinə görə, ən aşağı göstəricidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol