Menu

Bakıda günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı açıqlanıb

18.07.2017, 11:56

Hava guneshli 280711-3İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 31 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən günvurma ilə bağlı stansiyaya 2 müraciət olub.

Nazirlikdən bildiriblər ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 12 nəfəri xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol