Menu

"Üçüncü bina da 255 mənzilli olacaq" - Vüqar Səfərli

18.07.2017, 14:06
"Üçüncü bina da 255 mənzilli olacaq" - Vüqar Səfərli

"Jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihə davamlı olacaq.

V. Səfərli qeyd edib ki, üçüncü bina da ikinci bina kimi 255 mənzilli olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol