Menu

Ankara Moskva ilə müqavilə imzalamağa yaxındır - Müdafiə naziri

18.07.2017, 15:37
Ankara Moskva ilə müqavilə imzalamağa yaxındır - Müdafiə naziri

Türkiyə Rusiya ilə S-400 zenit-raket sistemlərinin alışı haqqında müqavilə imzalamağa yaxındır.

Trend-in məlumatlına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

Nazir qeyd edib: "Biz sənəd imzalanmasının yekun mərhələsindəyik, heç bir problem müşahidə olunmur. İmzalanmanın vaxtını deyə bilmərəm, lakin bütün çətinlikləri arxada qoymuşuq".

Xatırladaq ki, ayın əvvəlində F.İşık Türkiyənin S-400-lərin alışının maliyyələşdirilməsi məsələsi üzərində işlədiyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol