Menu

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

18.07.2017, 21:24

1AB.ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, sanksiya siyahısına 18 fiziki və hüquqi şəxs daxil edilib.

Sanksiyaların ballistik raketlərin istehsalı ilə əlaqəli olan şəxslər və qurumlara qarşı qəbul edildiyi qeyd olunur. Siyahıya İran ordusu və İran İnqilab Keşikçiləri Korpusuna dəstək göstərən şəxslər və təşkilatlar habelə ölkədə fəaliyyət göstərən adı çəkilməyən “kriminal qruplaşma” daxil edilib.

Sosial səhifələrdə paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol