Menu

Rusiya «Malorossiya» barədə öz mövqeyini bildirdi 

18.07.2017, 23:08

dmitry-peskov_0AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Kreml «Malorossiya» dövləti yaratmaq planları barədə bu axşam Donbas separatçılarının təşəbbüsünə yönəlik öz mövqeyini ortaya qoyub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu «Aleksandr Zaxarçenkonun şəxsi təşəbbüsü» adlandırıb.

Peskovun sözlərinə görə, bütün bunlar barədə səhər kütləvi informasiya vasitələrindən (KİV) xəbər tutublar.

Bundan əvvəl Kremlin mətbuat katibi mahiyyət etibarilə, «Malorossiya» dövləti yaratmaq ideyasını şərh etməkdən yayınmışdı və bildirmişdi ki, bu mövzunu «düşünmək və analiz etmək lazımdır».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol