AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Belrus Respublikasına 700 milyon dollar həcmində dövlətlərarası kredit ayıracaq. Bu barədə Rusiya maliyyə nazirinin müavini Sergey Storçak məlumat verib.
«Bu, texniki işdir. Siyasi qərar qəbul olunub. Biz, sənədləri hazırlayırıq və tamam. Danışdığımız kimi, elan olunduğu kimi…» - deyə, Storçak bəyan edib.
Onun sözlərinə görə, krebitin verilməsi ilə bağlı sənədlər hökumətin sərəncamı çıxandan sonra imzalanacaq.
Aprel ayında Belorus Prezidenti Aleksandr Lukahenko Rusiyalı həmkarı Vadimir Putinlə Belorusa 1 milyard dollar həcmində yeni kreditin verilməsi barədə razılığa gəlib. Bu barədə Belorus Baş nazirinin müavini Vladimir Semaşko xəbər verib.


Şərhlər