AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 27-də Finlandiyanın başçısı Sauli Niinistyonun dəvəti ilə bu ölkəyə səfər edəcək.
Bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.
Səfər, Finlandiyanın dövlət müstəqilliyinin 100 illik yubileyinin bayram şənliklərinə həsr olunub və Savonlinna şəhərində baş tutacaq. Burada həm də «Böyük teatr»ın aritistlərinin iştirakı ilə beynəlxalq opera festivalı keçiriləcək.
Planlaşdırılmış danışıqların gedişində dövlət başçıları ticari-iqtisadi, mədəni-humanitar və təbiətin qorunması sahələrində Rusiya-Finlandiya əməkdaşlığının geniş dairəli məsələlərini müzakirə edəcəklər. Həm də aktual beynəlxalq və regional problemlərlə bağlı fiki mübadiləsi keçiriləcək.
Putinin Finlandiyaya səfər edəcəyi barədə bu ölkənin başçısı hələ cari ilin əvvəlində elan etmişdi. 2016-cı ilin dekabrında isə prezidentlər telefonla danışmışdılar.


Şərhlər