Menu

Hacıqabulda 10 otaqlı ev yanıb

21.07.2017, 01:16
Hacıqabulda 10 otaqlı ev yanıb

Hacıqabul şəhərində yanğın hadisəsi qeydə alınıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində dam örtüyünün, 3 otağın yanar konstruksiyaları və ev əşyaları 110 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol