«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Moldova parlamenti cümə günü keçirdiyi iclasında Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması barədəki bəyannaməni təsdiqləytb. Xəbəri «Sputnik» agentliyi yayıb.
«Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılması barədə bəyannamə 61 deputatın səsi ilə təsdiqləndi. Bu, siyasi qərardır. Sənəd təsdiqləndiyi andan qüvvəyə minir və hökumətin rəsmi «Xəbərlər»ində (Rəsmi monitor) dərc olunacaq» - deyə, parlamentin spikeri Andrian Kandu bəyan edib.
Sosialistlər Partiyası fraksiyasından olan deputatlar isə etiraz əlaməti olaraq, iclas zalını tərk ediblər.
«Bu layihə - Dnestryanı ilə situasiyanı və münasibətləri düzəltmək istiqamətində Moldova Prezidenti İqor Dodonun göstərdiyi cəhdlərə qarşı bir təxribatdır» - deyə, sosialist deputat Vlad Batırnça bəyan edib.

Lupu qeyd edib ki, bu sənəd bəyannamədir, siyasi fikirdir, qanun layihəsi deyil. Bu mövqedən çıxış etsək, o, heç bir hüquqi nəticə doğurmayacaq.
«Qeyd edirəm - bu, qanun deyil. Əgər siz, mətnə diqqət yetirsəniz, görərsiniz ki, o, Moldovanın azadlığını, suverenliyini və neytrallığını qeyd edir» - deyə, Lupu bildirib.
Xatırladaq ki, may ayının əvvəlində Moldovanın Konstitusiya məhkəməsi Rusiya əsgərlərinin Dnestryanı ərazilərdə yerləşməsini konstitusiyaya zidd hal elan edib.

«Necə deyərlər, Dnestryanı ilə bağlı parlamentin səs çoxluğu ilə qəbul etdiyi bəyannaməni qəti şəkildə pisləyirəm və növbəti təxribat adlandırıram. Bu hərəkət Rusiya Federasiyası ilə münasibətləri pisləşdirməyə və əldə olunmuş uğurların üzərindən xətt çəkməyə yönəlib…» - deyə, Dodon özünün rəsmi «Feysbuk» səhifəsində yazıb.
Bütün bunlardan sonra, çağdaş Modovada gerçək «ikihakimiyyətliliyin» hökm sürdüyü açıq-aşkar görsənir və bu ölkə Yanukoviç Ukraynasını xatırladır. Belədə, məntiqi sual meydana çıxır: Dodonu da Yanukoviçin taleyi gözləmir ki?..


Şərhlər