Menu

Yunanıstanda iki güclü yeraltı təkan baş verib

23.07.2017, 00:50
Yunanıstanda iki güclü yeraltı təkan baş verib

Bir neçə gün əvvəl güclü zəlzələ yaşanmış Yunanıstanın Kos adası sahillərində daha iki güclü yeraltı təkan baş verib.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, 4,4 bal gücündə zəlzələ iyulun 22-də axşam saatlarında Kos adasından 20 km şimal şərqdə, 10 km dərinlikdə qeyd alınıb.

On altı dəqiqə sonra adanın yaxınlığında 4,6 bal gücündə afterşok qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol