Menu

Bakıda gənc oğlanı bıçaqlanıb

23.07.2017, 10:43

BicaqBakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub.

Report-un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Hüseynzadə Natiq Nizami oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib. Mübahisə nəticəsində onun bədənin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan N.Hüseynzadə 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol