İraqın Baş naziri Nuru Əl Maliki İŞİD-ə qarşı döyüşəcək hər bir könüllüyə aylıq 644 dollar pul veriləcəyini açıqlayıb. Axar.az xəbər verir ki, Maliki açıqlamasında cəbhədə döyüşməyən könüllü dəstələrə də aylıq 450 dollar ödəniləcəyini bildirib. Həmçinin hər könüllüyə ayrıca 107 dollar yemək pulu veriləcək.
Qeyd edək ki, ölkənin ən böyük neftayırma zavodunun ələ keçirilməsi İraq hökumətinə böyük zərbə olub. Belə ki, Beci neft emalı zavodu ölkənin neft ehtiyacının yarısını qarşılayırdı. Zavodda gündəlik 600 min barel neft əldə edilirdi.


Şərhlər