Menu

Daha bir nəfər dənizdə batıb

24.07.2017, 09:27
Daha bir nəfər dənizdə batıb

Axşam saatlarında Abşeron rayonunda 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin - 1980-ci təvəllüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol