AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Ukrayna ilə sərhədində əlavə 3 motoatıcı alay yerləşdirməklə, öz hərbi iştirakını artırıb.
Ukrayna Müdafiə Nazirliyi Baş Qərargah (MN BQ) rəisi Viktor Mujenko bildirib ki, bu hərbi hissələr çevik hücum əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulub.
Bu arada, bu gün «Normand dördlüyü» liderlərinin Donbas üzrə telefon danışıqları baş tutmalıdır.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukrayna üzrə xüsusi nümayəndəsi isə bəyan edib ki, orada vəziyyət «qaynar müharibə»ni xatırladır («Vedemosti»).


Şərhlər