Menu

Xaçmazda 8 yaşlı uşağı maşın vurub

24.07.2017, 20:48
Xaçmazda 8 yaşlı uşağı maşın vurub

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib.

8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol