Menu

Azərbaycan Prezidenti Liberiya Prezidentini təbrik edib

25.07.2017, 18:34
Azərbaycan Prezidenti Liberiya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Liberiya Prezidenti Ellen Conson-Serlifə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol