Menu

Daha bir xarici şirkət Azərbaycanı tərk edib

26.07.2017, 10:14
Daha bir xarici şirkət Azərbaycanı tərk edib

"Jinggong Steel Azerbaijan" MMC ləğv olunub.

"Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda bildirilir ki, müvafiq qərar MMC-nin təsisçiləri Chen Guodong və "Jinggong Steel International Co. Limited" tərəfindən cari ilin iyulun 25-də qəbul olunub.

Bununla bağlı "Jinggong Steel Azerbaijan" MMC-nin kreditorları bu məlumatın dərc edildiyi gündən 60 gün ərzində öz tələblərini şirkətin yerləşdiyi Xəzər rayonu, Mərdəkan STQ, Bağ sahəsi, ev 1889 ünvanında irəli sürə bilərlər. /"APA"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol