May ayının 28-də və 29-da İsmayıllı rayonunun Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində baş verən sürüşmə davam edir.
Milli.Az EL TV-yə istinadən bildirir ki, kənd ərazisində ümumi aktivləşmə, sürüşmə sahəsində genişlənmələr var. Kəndə giriş yolu hələ də bağlıdır. Kəndə giriş-çıxış üçün müvəqqəti olaraq alternativ yoldan istifadə edilir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvaini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyir ki, sürüşmə sahəsində hər hansı tədbir görülməsi hələlik mümkün deyil. Səbəb ərazidə sürüşmənin intensivləşməsidir: "Mütəxəssislərin rəyinə əsasən, sürüşmə prosesi davam etdiyindən ərazidə işlərin aparılması məqsədəuyğun deyil”.


Şərhlər