18 iyun tarixində keçirilmiş buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin imtahanlarının nəticələri elan olunacaq.
TQDK-nın mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri və Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bu gün elan olunması nəzərdə tutulur.


Şərhlər