Menu

Həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxundu

27.07.2017, 18:05
Həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mart ayının 24-də Bakının Yasamal rayonunda, ''Qanlıgöl'' ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ə.Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan F.Quliyeva hadisə yerindəcə ölüb.

Qeyd edək ki, Əkbər Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol