AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə bu günlərdə saxlanmış iki Almaniya vətəndaşını - terroruluqda şübhəli bilinən «Die Welt» qəzetinin müzbiri Dəniz Yuceli və alman hüquq-müdafiəçisi Peter Ştoydneri azad buraxmaqdan imtina edib.
«Bir tərəfdən terrorçuluğu, digər tərəfdən isə siyasi fəaliyyəti və siyasi jurnalistikanı bir-birindən ayırmaq vacibdir» - deyə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə, Avropa İttifaqının (Aİ) xarici siyasət və təzhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və qonşuluq siyasəti üzrə avrokomisar Yohannes Xanla ilə görüşdən sonra bəyan edib.
İyulun 5-də alman hüquq müdafiəçisi Ştoyder Türkiyədə saxlanıb. Onunla birlikdə bir İsveç vətəndaşı və 8 Türkiyə vətəndaşı da həbs olunub. Onların arasında «Amnesty International» beynəlxalq təşkilatının yerli şöbəsinin rəhbəri də var.
Hökumət qəzetləri onları çasusluq fəaliyyətində ittiham edib. Çavuşoğlunun sözlərinə görə, sözügedən vətəndaşlar terrorçuluğu təbliğ etmək ittihamı ilə həbs olunublar.

Şərhlər