Menu

“Qəbələ” “Panatinaikos”la qarşılaşmadan məğlub ayrıldı – Avropa Liqası

28.07.2017, 00:55
“Qəbələ” “Panatinaikos”la qarşılaşmadan məğlub ayrıldı – Avropa Liqası

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ” səfərdə Yunanıstanın "Panatinaikos” klubu ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki, oyunda hesabı Yunanıstan komandası açıb. Qilyerme Molins 37-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib – 1:0.

Bu qoldan sonra oyunda başqa qol olmayıb. Beləliklə, "Qəbələ" növbəti mərhələyə çıxmaq üçün mütləq Azərbaycanda keçirilən cavab qarşılaşmasında qələbə qazanmalıdır.

Xatırladaq ki, "Qəbələ” 2015/2016 mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə Dodonun qolları sayəsində 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol