Menu

Rusiyalı artistlər Kişinyov aeroportunda saxlanıb

28.07.2017, 02:04
Rusiyalı artistlər Kişinyov aeroportunda saxlanıb

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, bir qrup Rusiyalı artist Kişinyov aeroportunda saxlanıb. Diplomatik nümayəndəlikdən bildiriblər ki, olay tamamilə gözlənilməz olub.

Artistlərin özlərinin bildirdiyinə görə, onların qrupu xeyriyyəçilik missiyası ilə tanınmamış Dnestryanı «respublika»ya yollanırmış.

Kişinyov aeroportunda təyyarədən çıxarkən, artistləri təhlükəsizlik xidmətinin əməkdaşları qarşılayıb və bildiriblər ki, onlar geriyə - Moskvaya yola salınacaqlar.

Hələlik qrupun aeroportda olduğu bildirilir. Onların pasportları alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol