Menu

Ər arvadını qətlə yetirdi

28.07.2017, 15:04
Ər arvadını qətlə yetirdi

Ağstafa rayonunda qətl hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata göra, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol