Menu

Rumıniya göyərtəsində Dmitri Roqozinin olduğu təyyarənin uçuşunu qadağan edib

28.07.2017, 18:48
Rumıniya göyərtəsində Dmitri Roqozinin olduğu təyyarənin uçuşunu qadağan edib

Rumıniya hakimiyyəti Kişinyov marşrutu üzrə uçan və göyərtəsində Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin olduğu sərnişin təyyarəsinə ölkənin hava məkanından keçməyə icazə verməyib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Moldovadakı səfiri Farit Muxametşin bildirib.

O deyib ki, təyyarə Moskvaya doğru uçub: "Rusiya hakimiyyəti onun harda eniş edəcəyi barədə qərar verəcək."

Bu hadisə ilə əlaqədar Kişinyov-Moskva marşrutu ilə uçan təyyarəyə minik dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol