Menu

Donald Tramp Ağ ev aparatına yeni rəhbər təyin edib

29.07.2017, 09:13
Donald Tramp Ağ ev aparatına yeni rəhbər təyin edib

ABŞ prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik nazirliyinə rəhbərlik edən general Con Kellini Ağ ev aparatının yeni şefi təyin olunması barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə o, öz "Twitter" hesabında yazıb.

"Bildirməyə şadam ki, mən indicə general Con Kellini Ağ ev aparatının başçısı təyin etdim", - deyə Tramp yazıb.

Onun sözlərinə görə, Kelli "böyük amerikalı və əla liderdir".

O, bu vəzifədə Rins Pribası əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol