Menu

DİN 8 yaşlı qızın güllələnməsi ilə bağlı məlumat yayıb

29.07.2017, 14:52
DİN 8 yaşlı qızın güllələnməsi ilə bağlı məlumat yayıb

8 yaşlı Səbinə Qasımlı bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı S.Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol