Menu

ABŞ İranı kosmik sınaqlarına görə, cəzalandırıb

29.07.2017, 16:58
ABŞ İranı kosmik sınaqlarına görə, cəzalandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) İran İslam Respublikasına (İİR) qarşı yeni sanksiyalar tətbiq edib. Buna səbəb kimi, «Simurq» daşıyıcı raketinin sınaqları önə çəkilir.

ABŞ maliyyə nazirliyi «Shahid Hemmat Industrial Group» holdinqi ilə bağlı olan altı şirkəti özünün «qara siyahı»sına dixil edib. Şirkətlər qrupunun özü isə bundan əvvəl sanksiyaların obyekti olub.

«ABŞ hökuməti İranın raket sınaqları fəaliyyətinə qarşı durmaqda davam edir - ondan asılı olmayaraq ki, söhbət provakasion kosmik sınaqlardan gedir, təhlükə mənbəyi olan ballistik raketlərin hazırlanmasından gedir və ya Yəməndəki husilərin Səudiyyə Ərəbistanını raket atəşinə tutmasından gedir…» - deyə, nazirliyin məlumatında xəbər verilir.

Məlumat üçün bildirək ki, İranın kosmik raketi 250 kiloqramadək ağırlıqda peykləri orbitə çıxarmaq qabiliyyətinə malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol